“NATO-nun genişləndirilməsi planlaşdırılmır” - ŞOLTS

  • By admin
  • 15 Fevral 2022 19:34

Almaniya kansleri Olaf Şolts NATO-nun genişləndirilməsinin gündəmdə olmadığını açıqlayıb.

Gununsesi.info-nun verdiyi məlumata görə, federal kansler bunu Rusiya prezidenti Vladimir Putinlə Kremldə apardığı danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

“NATO-nun genişləndirilməsi planlaşdırılmır, müzakirə edilmir və bu mövzu gündəmdə deyil. Hər birimiz öz postumuzda olduğumuz müddətdə bu mövzu ilə məşğul olmayacağıq”, – deyə Şolts vurğulayıb.

 

 

Gununsesi.info