NATO-nun müdafiə nazirləri Brüsseldə toplandı

  • By admin
  • 15 Fevral 2024 15:39

NATO-nun müdafiə nazirləri Ukraynaya dəstək və Alyansın gücləndirilməsini müzakirə etmək üçün Brüsseldə toplaşıblar.

Gununsesi.info-nun məlumatına görə, NATO-nun mənzil-qərargahında keçirilən iclasın açılışında Alyansın baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynaya davamlı dəstəyin göstərilməsi, keçən il Vilnüs sammitində qəbul edilmiş qərarlara uyğun olaraq NATO-nun çəkindirmə və təhlükəsizliyinin gücləndirilməsi, müdafiə xərclərinin artırılması məsələləri müzakirə olunacaq.

Daha sonra görüş mətbuata qapalı davam edib.

Toplantıda Türkiyəni Milli Müdafiə naziri Yaşar Gülər ​​təmsil edir.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin səhhəti ilə əlaqədar iclasda iştirak etməyib, onun yerini ABŞ-ın NATO-dakı daimi nümayəndəsi, səfir Culian Smit tutub.

Müdafiə nazirlərinin görüşündən sonra NATO-Ukrayna Şurası toplaşacaq. Bu görüşdə NATO-ya dəvət alan İsveç də iştirak edəcək.

Gununsesi.info