“NATO-nun Rusiya ilə müharibəyə hazırlaşması üçün 5-8 il vaxt lazımdır” – Alman deputat

  • By admin
  • 02 Yanvar 2024 17:45

NATO dövlətlərinin Rusiya ilə müharibəyə hazırlaşması üçün təxminən 5-8 il vaxt lazımdır.

Gununsesi.info xəbər verir ki, müxalif Xristian Demokrat İttifaqının Almaniya parlamentindəki nümayəndəsi, bundesverin keçmiş polkovniki Roderix Kizevetter LRT telekanalına müsahibəsində bu barədə danışıb.

Qeyd edək ki, bir neçə həftə əvvəl Litvanın xarici işlər naziri Qabrielius Landsbergis də təhlükə barədə xəbərdarlıq edib.

“Bizim hazırlaşmaq üçün cəmi 5-8 il, bəziləri isə ən azı 3 il deyirlər. Rusiya artıq müharibə iqtisadiyyatını aktivləşdirib və Latviya kimi bəzi ölkələrin bütövlüyünə sözlü hücumlara başlayıb. Moskva miqrasiyadan silah kimi istifadə edir. Biz başa düşməliyik ki, Rusiya daha geniş təxribatlara başlayacaq və miqrasiyanı artırmaqla çaşqınlıq yaratmağa, cəmiyyətimizi parçalamağa çalışacaq”, – Kizevetter deyib.

Alman deputatın fikrincə, pessimist ssenariyə görə, Ukraynadakı müharibə bu qış daha çox ukraynalının Avropaya getməsinə səbəb ola bilər. Bu, bəzi insanları Avropa Parlamentinə seçkilər öncəsi populist partiyalara səs verməyə təhrik edəcək.

“Kütləvi miqrasiyanın, Ukraynadakı dəhşətli hadisələrin və bizim çox pasifist əhval-ruhiyyəmizin artacağı və hərbi fəaliyyətə sərmayə qoyuluşunun qarşısını alacağı çətinlikləri görürəm. Biz bununla üzləşməliyik”, – o vurğulayıb.

Gununsesi.info