NATO-nun şərq cinahını gücləndirəcək ABŞ hərbçilərindən ibarət ilk qrup Rumıniyaya çatıb.
Gununsesi.info “Reuters”ə istinadən xəbərə verir ki, bu barədə Rumıniyanın müdafiə naziri Vasile Dınku jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sayı 100-dən çox olan ABŞ hərbçiləri logistika mütəxəssisləridir və onlar əlavə NATO hərbçilərinin ölkədə yerləşdirilməsi məqsədi ilə rumıniyalı hərbi ekspertlərlə birgə logistika məsələləri üzərində işləyəcəklər.
Qeyd edək ki, ABŞ Ukrayna böhranı ilə əlaqədar Polşa və Rumıniyaya təxminən 3000 hərbçidən ibarət əlavə qüvvələrin göndəriləcəyini bəyan edib. 2004-cü ildə NATO-ya üzv qəbul edilən Rumıniyada hazırda 900-dək ABŞ hərbçisinin olduğu bildirilir. Rumıniyada NATO qüvvələrinə məxsus, eləcə də ikitərəfli razılaşmalar əsasında fəaliyyət göstərən ballistik raketlərdən müdafiə sistemləri mövcuddur.
Gununsesi.info