“NATO-nun terrorçularla, terror təşkilatı ilə nə işi var? Bu, ayıb deyilmi?” - DÖVLƏT BAXÇALIDAN SƏRT SÖZLƏR

  • By admin
  • 31 May 2017 20:30

devlet-baxcali

“PYD (YPG) canidir, xaindir, şərəfsizdir”.

Gununsesi.info-nun xəbərinə görə, bunu MHP genəl başqanı Dövlət Baxçalı ABŞ başda olmaqla, Qərb ölkələrinin, o cümlədən, Türkiyənin də üzvü olduğu NATO-nun terrorçu PYD-YPG ilə işbirliyinə getməsinə münasibətini bildirərkən deyib.

“NATO-nun terrorçularla, terror təşkilatı ilə nə işi var? Bu, ayıb deyilmi?”-deyə, Baxçalı qeyd edib.

O, eyni zamanda, Səudiyyə Ərəbistanının ABŞ-la 11o milyon dollarlıq silah anlaşması imzalamasına qarşı çıxıb.

“Bu, hansı məntiq və mirasın sonucudur?”-deyə, o, sözlərinə əlavə edib.

KAMİL

Gununsesi.info