NATO-nun Ukrayna ilə bağlı növbədənkənar zirvə görüşü başladı

  • By admin
  • 24 Mart 2022 14:04

Belçikanın paytaxtı Brüsseldə NATO dövlət və hökumət başçılarının növbədənkənar zirvə görüşü başlayıb.

Gununsesi.info xəbər verir ki, iclasda 30-a yaxın ölkənin nümayəndələri iştirak edir.

Tədbirin əsas mövzusu Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar olacaq.

Ukrayna Prezidenti Volodimir Zelenskinin video formatda çıxışı planlaşdırılır.

İclasdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla görüşüb və Ukraynadakı vəziyyəti müzakirə edib.

Gununsesi.info