NATO-nun Ukrayna üçün silahı tükənmək üzrədir

NATO-nun 20 üzvündə silah ehtiyatları tükənib, lakin Fransa, Almaniya, İtaliya və Niderland da daxil olmaqla 10 əsas hərbi sənaye ölkəsi hələ də Ukraynanı tədarüklə dəstəkləyə bilir.

Gununsesi.info xəbər verir ki, bu barədə NATO-nun yüksəkrütbəli rəsmiləri “The New York Times”a bildiriblər.

HTML tutorial

Onların sözlərinə görə, ABŞ Tayvan və Koreyadan silahlarını götürmək istəmir, çünki o, bu bölgələri problemli ərazilər kimi görür.

Ukrayna bir gündə ABŞ-ın Əfqanıstanda bir ayda xərclədiyi qədər sursat xərcləyir. Məsələn, ötən yay Ukrayna Silahlı Qüvvələri Donbasda 6-7 min, Rusiya ordusu isə 40-50 min artilleriya mərmisi istifadə edib. ABŞ ayda bu mərmilərdən 15 000 ədəd istehsal edir.

Soyuq müharibə başa çatdıqdan sonra NATO hava hücumundan müdafiə sistemini əhəmiyyətli dərəcədə azaldıb. Qəzet Alyansdakı mənbələrə istinadən yazıb ki, orta və qısamənzilli silahların kütləvi istehsalını bərpa etmək üçün müttəfiqlərə təxminən iki il vaxt lazım ola bilər.

Gununsesi.info