
“NATO-nun Vaşinqtonda keçirilən sammiti beynəlxalq təhlükəsizlik problemlərinin həllinə yönəlməyib və dünya ictimaiyyətinə itkilərdən və israfçılıqdan başqa heç nə gətirməyəcək”.
Gununsesi.info xəbər verir ki, bunu Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, iqtisadçı professor Cefri Saks deyib: “Vaşinqtonda keçirilən bu böyük hərbi sammitin heç vaxt heç nəyi həll etməyəcəyi dəqiqdir. Mənim ölkəm olan ABŞ-ın çox qəribə ideyaları var. Hər kəs üçün qeyri-adi olan bu düşüncə tərzi beynəlxalq aləmdə güclənən fikir ayrılığının səbəblərindən biridir”.
O, qeyd edib ki, ABŞ müttəfiqləri ilə birlikdə azlığı təmsil edir: “Birləşmiş Ştatlar və onun Kanada, Avropa İttifaqı və ittifaqda birləşən digər ölkələrin əhalisi planetimizin əhalisinin 15%-ni təşkil edir, qalanları isə 85%-ni təşkil edir. Birləşmiş Ştatlar dünyanın qalan hissəsindən iki böyük okeanla ayrılır, onlar bunu başa düşmürlər”.
Xatırladaq ki, NATO sammiti iyulun 9-11- Vaşinqtonda də keçirilib. Sammitin əsas mövzuları Rusiya ilə münasibət və Ukraynaya hərbi yardım göstərilməsi olub. Forum iştirakçıları yekun bəyannamə dərc ediblər.
Bəyənnamədə rəsmi Moskvaya maddi və siyasi dəstəyi dayandırmağı, həmçinin Rusiyayaya ikili təyinatlı malların ixracını dayandırmağı təklif ediblər.
Ceyhun
Gununsesi.info