NATO-nun yeni baş katibi ABŞ seçkilərindən danışıb

Vəzifəsinə başlayan Şimali Atlantika Alyansının yeni baş katibi Mark Rutte bildirib ki, ABŞ-da prezident seçkilərinin nəticələri onu narahat etmir, çünki o, namizədlərdən hər hansı biri ilə işləməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə Reuters xəbər verir.

“Amerika seçkilərinin nəticələrindən narahat deyiləm və heç bir narahatlıq hiss etmirəm. Mən hər iki namizədi, Kəmalə Harris və Donald Trampı çox yaxşı tanıyıram. Noyabrda görək nə baş verəcək”, – NATO-nun baş katibi bildirib.

Rutte əlavə edib ki, o, beynəlxalq təhlükəsizliyin bütün məsələləri üzrə namizədlərin hər biri ilə işləməyə hazırdır.

Bundan əvvəl Rutte bu vəzifədə rekord 10 il işləmiş Yens Stoltenberqi əvəz edərək, NATO-nun 14-cü Baş katibi olub.

Rəsmi təhvil-təslim mərasimi alyansın Brüsseldəki mənzil-qərargahında baş tutub.

 

 

Şəbnəm

Gununsesi.info