Bazar ertəsi NATO yeni genişləndirilmiş ərazisini müdafiə etmək üçün təlimlərə başlayır. Finlandiya, Norveç və İsveçin şimal bölgələrində keçirilən təlimlərdə 13 ölkədən 20 mindən çox əsgər iştirak edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Finlandiya ordusundan verilən məlumata görə, Norveçin rəhbərlik etdiyi “Nordic Response 2024” təlimində 4000-dən çox fin əsgəri iştirak edir və bu, NATO tarixində xaricdəki təlimlərdə yeni gələn ölkənin ən böyük iştirakıdır.
Məlumatda qeyd edilir ki, Finlandiya NATO üzvü ölkə kimi ilk dəfə Alyansın regionları üçün kollektiv müdafiə təlimində iştirak edəcək.
İllər boyu Norveçin şimalındakı Arktika bölgələrində ildə iki dəfə keçirilən NATO təlimləri “Soyuq cavab” adlanırıb.
“Lakin NATO-nun Finlandiyaya və daha sonra İsveçə genişlənməsi sayəsində biz təlimi Nordic Response-a qədər genişləndiririk”, – Norveç Silahlı Qüvvələrinin saytında deyilir.
Bu il təlimlərə bərabər şəkildə Finlandiya, Norveç və İsveç ev sahibliyi edir.
Martın 15-dək davam edəcək təlimdə Belçika, Böyük Britaniya, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, İspaniya, İsveç və ABŞ iştirak edir.
Təlimdə iştirak edən qoşunların təxminən yarısı quruda təlim keçəcək.
Qalanları dənizdə, 50-dən çox sualtı qayıq, freqatlar, korvetlər, təyyarədaşıyanlar və müxtəlif desant gəmiləri, havada isə 100-dən çox döyüş təyyarəsi, nəqliyyat təyyarələri, dəniz müşahidə təyyarələri və helikopterlərin iştirakı ilə məşq edəcək.
Norveç hərbçilərinin bildirdiyinə görə, birgə təlimdə Skandinaviya regionunun müdafiəsi diqqət mərkəzində olacaq.
Xatırladaq ki, ötən gün Polşa polisi NATO-nun genişmiqyaslı təlimlərinin Polşa bölməsi çərçivəsində ölkə yollarında çoxlu sayda hərbi texnikanın müşahidə oluna biləcəyi barədə xəbərdarlıq edib.
Polşada daha böyük Sabit Müdafiəçi manevrlərinin bir hissəsi olan “Dragon-24” məşqi keçirilir.
“Staadfast Defender” NATO-nun 1988-ci ildən bəri ən böyük təlimi adlandırılır.
Gununsesi.info