“NATO nüvə silahını hazır vəziyyətə gətirməyəcək” - STOLTENBERQ

  • By admin
  • 01 Mart 2022 18:45

“Rusiyanın təhdidlərinə baxmayaraq, NATO nüvə silahı ilə bağlı xəbərdarlıq səviyyəsini dəyişməyə ehtiyac duymur”.

Gununsesi.info xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq “Assoşeyted Press”ə açıqlamasında deyib.

“Biz həmişə müttəfiqlərimizi qorumaq və müdafiə etmək üçün lazım olanı edəcəyik, lakin hesab edirik ki, hazırda NATO-nun nüvə qüvvələrinin hazırlıq səviyyəsini dəyişdirməyə ehtiyac yoxdur”, – Stoltenberq bildirib.

Stoltenberq Rusiyanın bir sıra sazişlər imzaladığını vurğulayaraq, nüvə müharibəsinin aparılmamasına razılaşdığını xatırladıb.

 

Gununsesi.info