
Baş katib: 25-dən artıq NATO ölkəsi rus diplomatlarını ölkəsindən çıxarır
Gununsesi.info RİA-Novosti-yə istinadən xəbər verir ki,
Bunu NATO Baş katibi Yons Stoltenberq bəyan edib.
Onun sözlərinə görə, 25-dən artıq NATO ölkəsi “Skripal işi”nə görə rusiyalı diplomatları öz ölkəsində çıxarmağı planlaşdırır.
Qeyd edək ki, 4 martda baş verən hadisədən sonra Britaniya və Rusiya arasında münasibətlər gərginləşib. Britaniya 20 rus diplomatını ölkədən çıxarıb. Rusiya da analoji addımla bağlı qərar qəbul edib. Britaniyanın bu qərarına ABŞ və 20 Avropa Birliyi ölkəsi dəstək verib.
Gununsesi.info