“NATO Rusiya Prezidenti Vladimir Putinə nüvə müharibəsinə başlamamaqla bağlı xəbərdarlıq edib. Rusiyanın nüvə qüvvələrinin daha yüksək hazırlıq səviyyəsini görmürük. Bununla belə, Rusiya tərəfindən nüvə silahı ilə cingildəmə təhlükəli və məsuliyyətsizdir”.
Gununsesi.info xəbər verir ki, bu sözləri “Bild” nəşrinə müsahibəsində NATO Baş katibi Yens Stoltenberq bildirib.
O, qeyd edib ki, Putin bilməlidir ki, nüvə müharibəsi qalib gələ bilməz və heç vaxt da aparıla bilməz: “Rusiyaya açıq mesajımız var. O da budur: NATO bütün üzv dövlətlərini müdafiə edir”.
NATO Baş katibi qeyd edib ki, Ukraynada müharibə illərlə uzana bilər, buna görə də ona dəstək dayandırıla bilməz.
Gununsesi.info