
NATO qoşunlarının Polşada yerləşdirilməsi prosesi başlayıb.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşa Müdafiə naziri Antoni Maçereviç söyləyib. Onun sözlərinə görə, qoşunların dislokasiyası yanvar ayında başa çatacaq.
O, Polşaya ABŞ, Rumıniya və Böyük Britaniya hərbçilərinin gələcəyini söyləyib.
Qeyd edək ki, NATO qoşunlarının Polşa və Baltikyanı ölkələrdə yerləşdirilməsi haqqında qərar Varşava sammitində qəbul edilib. Qərara əsasən, Latviyanın müdafiəsini Kanada, Litvanın müdafiəsini Almaniya, Estoniyanın müdafiəsini Böyük Britaniya, Polşanın müdafiəsini isə ABŞ öz üzərinə götürüb.
Gununsesi.info