NATO rəhbəri ABŞ əməliyyatının hələ ilkin mərhələdə olduğunu etiraf etdi

  • By Admin2
  • 05 Mart 2026 17:04

NATO-nun baş katibi Mark Rutte Reuters agentliyinə verdiyi müsahibədə ABŞ-nin hazırda İrana qarşı hərbi əməliyyatın ilkin mərhələsində olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, o, Amerika kampaniyasının yaxın həftələrdə necə başa çatacağını dəqiq qiymətləndirməyin çətin olacağını söylədi.

Rutte həmçinin İranın Avropa üçün təhdidə çevrilməyə “yaxın olduğunu” bildirib.

O, ABŞ prezidenti Donald Trampın İranın nüvə və raket imkanlarını aradan qaldırmaq səylərini dəstəklədiyini bildirib.

Rutte bir gün əvvəl Newsmax-a verdiyi müsahibədə bildirib ki, NATO ABŞ-ın İrana qarşı əməliyyatında kollektiv müdafiə müqaviləsinin 5-ci maddəsindən istifadə edə bilər. O, Yaxın Şərqdə gərginliyin artması ilə blok üzvlərinin öz ərazilərini müdafiə etməyə hazır olduqlarını vurğulayıb.

Gununsesi.info