NATO rəhbərliyi Alyansın Şərq sərhədlərinə əlavə qoşun göndərdi

  • By admin
  • 24 Mart 2022 14:50

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda NATO rəhbərliyi Alyansın Şərq sərhədlərini gücləndirmək barədə qərar qəbul edib.

Gununsesi.info report-a istinadla xəbər verir ki, bu barədə Alyansın tviter səhifəsində yazılıb.

Məlumata görə, NATO Estoniya, Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Ruminiya və Bolqarıstana əlavə canlı qüvvə və texnika, o cümlədən qırıcı təyyarələr göndərib.

“Rusiyanın Ukraynaya hücumu ilə əlaqədər təhlükəsizliyimiz üçün yeni reallıqlar yaranıb. NATO buna uyğun olaraq Alyansın Şərq hissəsində müdafiə mövqelərini gücləndirib. Oraya daha çox qoşun, təyyarə və gəmi cəlb olunub”, – NATO-dan bildirilib.

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının hazırda Brüsseldə davam edən fövqəladə iclasının açılış nitqində deyib ki, həmin qüvvələr lazım olan vaxtadək orada qalacaqlar.

Gununsesi.info