NATO Rusiya ilə soyuq müharibə istəmir - BAŞ KATİB

  • By admin
  • 03 Yanvar 2018 16:03

“NATO Rusiya ilə yeni soyuq müharibə istəmir və biz Moskva ilə siyasi dialoqun tərəfdarıyıq. Buna səbəb Rusiyanın özünü daha cəsarətli aparmasıdır”.

Gununsesi.info lenta-ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Deutsche Wirtschafts Nachrichten”ə müsahibəsində deyib.

“Biz Rusiyanın özünü daha cəsarətli aparması faktını nəzərə almalıyıq.  Bununla belə biz yeni soyuq müharibəni və silah yarışmasını istəmirik. Biz Moskva ilə siyasi dialoqun tərəfdarıyıq və bunu istəyirik”- deyə, NATO baş katibi vurğulayıb.

Yens Stoltenberq onu da qeyd edib ki, alyansla Rusiya arasındakı əlaqələrin daha da inkişaf etdilməsini istəyirlər: “Biz bu kontaktları hərbi əlaqələr hesabında artırmaq niyyətindəyik”. Stoltenberq Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeriy Gerasimovla görüşünü bu qəbildən olan addım hesab edib.

Gununsesi.info