NATO Rusiya sərhəddinə yüz mindən artıq qoşun yeridir

  • By admin
  • 07 Noyabr 2016 11:50
 nato-1
 
NATO Rusiyadan gözlənilən işğalın qarşısını almaq məqsədi ilə şərq cəbhəsinə   yüz mindən artıq hərbşi yerləşdirəcək.
Gununsesi.info Times-ə istinadən xəbər verir ki, NATO Rusiya ilə arasında  gərginliyin artması fonunda  öz hərbi hazırlıq səviyyəsini artıqmaq barədə qərara gəlib  və bununla əlaqədar olaraq Rusiya-NATO  sərhəddinə yüzminlərlə hərbçi cəlb edəcək.
Rusiya ilə sərhəddə yüz minlərlə hərbçinin  göndərilməsinin səbəbini açıqlayan NATO baş katibi Yanis Stoltenberqin sözlərinə görə, alyans  lazımı səviyyədə quru qoşun döyüşçüləri hazılayacaq ki, bu hərbçilər   Rusiyadan gözlənilən hərbi təcavüzün qarşısını ala bilsinlər.
NATO baş katibi deyib ki, alyans  Rusiyanın  hərbi gücünü artırmasını artıq bir neçə ildir müşahidə edir və  öz hərbi gücünü artırmaqla bağlı da fəal təbliğat işi aparır: “Məhz Rusiyanın bu addımı NATO-nu Kremlə cavab vermək zorunda qoyub. NATO-ya üzv ölkələrin hərbi hissələrində yetərincə hərbçi xidmət edir və biz hazırda  bu hərbçilərin dislokasiya yerlərinin dəyişməsi məsələsinə baxırıq”.
Gununsesi.info