NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

  • By admin
  • 04 Yanvar 2022 15:55

NATO-Rusiya Şurasının iclası yanvarın 12-də keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO-Rusiya Şurasının sədri qismində NATO-Rusiya Şurasının iclasını çağırıb. Hələlik iclasın gündəliyi açıqlanmayıb.

Bundan başqa, yanvarın 12-13-də Brüsseldə baş qərargah rəisləri səviyyəsində NATO Hərbi Komitəsinin iclası keçiriləcək.

Gununsesi.info