NATO Rusiyaya qarşı yeni məhdudiyyətlər barədə razılığa gəlib

Alyansın müdafiə nazirləri iddia edilən təxribat aktlarına cavab olaraq Rusiyaya qarşı yeni məhdudiyyətlər barədə razılığa gəliblər.

Gununsesi.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib:

“Bu gün müdafiə nazirləri Rusiyaya qarşı fərdi və kollektiv şəkildə tətbiq olunacaq bir sıra tədbirlər barədə razılığa gəliblər”, – deyə o,bildirib.

O əlavə edib ki, kəşfiyyat xidmətləri arasında məlumat mübadiləsinin artırılması, alyans ölkələrinin kritik infrastrukturunun mühafizəsinin gücləndirilməsi, həmçinin Rusiya kəşfiyyatına məhdudiyyətlərin tətbiqi gözlənilir.

Stoltenberq daha əvvəl bildirmişdi ki, NATO-ya üzv ölkələr Moskvanın iddia edilən təxribatına cavab olaraq rus casuslarını təqib edəcəklər.

O, həmçinin əlavə edib ki, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclasında iddia edilən Rusiyanın alyans müttəfiqlərinə qarşı düşmənçilik kampaniyası araşdırılacaq.

 

 

Günay

Gununsesi.info