NATO Rusiyaya qarşı yumşaldı

  • By admin
  • 20 Noyabr 2016 19:39

nato-rusya-icin-alarma-gecti-turkiye-devriyeye-basladi-h1479050005-810ede

 

Rusiyanın təyyarədaşıyan “Admiral Kuznetsov” gəmisinin Suriya sahillərinə göndərilməsində pis niyyət axtarmamalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri NATO Hərbi Komitəsinin rəhbəri general Petr Pavel deyib.

General bildirib ki, beynəlxalq birlik Rusiyanın hərbi güc olduğunu unutmamalı və Moskvaya hörmət göstərməlidir:

“Aralıq dənizində “Admiral Kuznetsov” gəmisinin yerləşdirilməsində düşmən niyyəti görməməliyik. Rusiya bununla qlobal güc olduğunu göstərmək istəyir”.

Qeyd edək ki, Rusiyanın Suriya sahillərinə göndərdiyi sözügedən təyyarədaşıyan gəmi İŞİD-ə qarşı əməliyyatlarda iştirak edib.

 

Gununsesi.info