NATO Rusiyaya ÇAĞIRIŞ ETDİ

  • By admin
  • 30 Oktyabr 2022 20:02

Rusiya təcili olaraq taxıl sazişini bərpa etməlidir ki, Ukrayna kənd təsərrüfatı məhsulları ixracını davam etdirə bilsin.

Gununsesi.info “Reuters”ə istinadla xəbər verir ki, bu barədə NATO-nun mətbuat katibi Oana Lunqesku bildirib.

“Prezident Putin ərzaqdan silah kimi istifadə etməyi dayandırmalı və Ukraynaya qarşı qanunsuz müharibəsinə son qoymalıdır. Biz Rusiyanı öz qərarına yenidən baxmağa və təcili olaraq razılaşmanı bərpa etməyə çağırırıq ki, ərzaq ən çox ehtiyacı olanlara çatsın”, – Lunqesku vurğulayıb.

Onun sözlərinə görə, Türkiyədə təsdiqlənən taxıl sazişi Alyansa üzv olan bütün dövlətlər tərəfindən dəstəklənir.

“Bu ixraclar bütün dünyada ərzaq qiymətlərinin aşağı düşməsinə kömək edib”, – sözçü əlavə edib.

Xatırladaq ki, dünən, oktyabrın 29-da Rusiya guya “Ukraynanın PUA-nın köməyi ilə Qara dəniz donanmasının gəmisinə hücumu” səbəbindən taxıl sazişindən çıxdığını elan edib.

Bundan sonra Avropa İttifaqı Rusiya hakimiyyətini Ukrayna taxılının ixracı üzrə sazişdə iştirakını dayandırmaq qərarına yenidən baxmağa çağırıb.

Gununsesi.info