

NATO sevinməlidir ki, Türkiyə bu alyansın üzvüdür.
Gununsesi.info xəbər verir ki, bu fikir NATO baş katibi Yons Stoltenberq Danimarkanın TV2-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, ona görə də NATO-ya üzv ölkələr Türkiyəni təşkilatdan uzaqlaşdırmağa xidmət edən hərəkət etməməli və təxribat xarakterli hərəkətlərə yol verməməliyik: “Çünki Türkiyə NATO üçün böyük əhəmiyyət kəsb edən ölkədir. Hesab edirəm ki, bizim ən başlıca vəzifəmiz yaranmış durumda qarşıdurmanı aradan qaldırmaq üçün tənzimləməyə səylər göstərmək olmalıdır. Türkiyə NATO üçün əhəmiyyət kəsb edən ölkə olduğundan biz onu özümüzdən uzaqlaşdrımamalıyıq Əksinə biz sevinməliyik ki, Türkiyə NATO üzvüdür”.
Hollandiya ilə Türkiyə arasında konfliktə də aydınlıq gətirən Baş katib deyib ki, mən bu iki ölkə arasındakı konfliktə qarışmaq istəmirəm: “Bununla belə mən heç yerədn başqasının tozunu təmizləməyə cəhd edirəm. Odur ki, indiki zamanda Türkiyəyə hörmət göstərməyə çalışmağa çalışmalıdır, daha konflikti dərinləşdirməməlidir”.
Hazırladı Mürtəza
Gununsesi.info