NATO Suriya əməliyyatı barədə yekun qərarını verdi

  • By admin
  • 15 Aprel 2018 12:35


NATO-ya üzv olan bütün ölkələr Suriyanın bombalanmasını dəstəkləyib

Gununsesi.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

NATO-ya üzv olan bütün ölkələr ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya qarşı hərbi əməliyyatını dəstəkləyib.
ABŞ, Böyük Britaniya və Fransa Şimali Atlantika Alyansının Brüsseldə NATO-nun qərargahında keçirilmiş fövqəladə iclasında Suriyadakı vəziyyət barədə müttəfiqlərini məlumatlandırıblar.

Toplantıda 29 üzv ölkənin daimi nümayəndələri iştirak ediblər.

 

Gununsesi.info