NATO tarixində ən böyük aviasiya təlimləri keçiriləcək

  • By admin
  • 08 Aprel 2023 20:16

Şimali Atlantika Alyansı iyunun 12-dən 23-dək ən böyük “Air Defender ’23” təlimini keçirməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Milli Qvardiyasının mətbuat xidməti məlumat yayıb.

Təlimlərə 220 təyyarənin cəlb olunması planlaşdırılır.

Almaniyanın rəhbərlik etdiyi çoxmillətli təlim əsasən Almaniyada, 12-23 iyun tarixlərində Çexiya, Estoniya və Latviyada irəli əməliyyat məntəqələri ilə əməliyyat və taktiki sahə hazırlığına yönəldiləcək.

Dəqiqləşdirilir ki, təlimlərin məqsədi NATO üzvlərinin təyyarələrini operativ şəkildə yerləşdirmə və istifadə imkanlarını yoxlamaq olacaq.

Bundan əlavə, aviasiya təlimlərində Almaniya və ABŞ-dan başqa hərbi bloka üzv 22 ölkənin də iştirak edəcəyi bildirilir.

Gununsesi.info