NATO Trampa xəbərdarlıq etdi…

  • By admin
  • 16 Yanvar 2017 20:52

donald-tramp-1-300x200

NATO ABŞ-ın seçilmiş prezidenti Donald Trampın bu təşkilatın köhnəlməsi barədə bəyanatından narahatdır.

Gununsesi.info xəbər verir ki, bu fikri Almaniyanın daxili işlər naziri Frank-Valter Ştaynmayer bu gün Brüsseldə alyansın baş katibi Yens Stoltenberqlə görüşündən sonra səsləndirib. Onun sözlərinə görə, Donald Trampın Avropa İttifaqı və NATO haqqında bəyanatları təkcə Brüsseldə təəccüb və narahatlıqla qarşılanmayıb.

Aİ ölkələrinin daxili işlər nazirlərinin görüşündə iştirak edən Ştaynmayer bildirib ki, Donald Trampın Almaniyanın “Bild” qəzetinə müsahibəsi Brüsseldə iclasın gündəliyinə “ehtimal ki, təsir edəcək, bəlkə də onu tamamilə müəyyən edəcək”. ABŞ-ın yeni prezidentinin NATO haqqında bəyanatını şərh edən alman siyasətçi vurğulayıb ki, bu bəyanat ABŞ-ın gələcək müdafiə nazirinin Konqresdə dinləmələr zamanı söylədiyi fikirlərlə ziddiyyət təşkil edir. “Baxaq görək, bu bəyanatlar ABŞ-ın siyasətinə necə təsir edəcək”– deyə, Ştaynmayer bildirib.

NATO-nun baş katibi AFP agentliyinin sorğusuna cavabında məlumat verib ki, Brüsseldə ABŞ-ın “alyansa töhfə” və “Avropanın təhlükəzisliyinin qarantı” ilə bağlı öhdəliklərini yeni prezidentin dövründə yerinə yetirəcəyinə əvvəlki kimi bel bağlayırlar.

Gununsesi.info