NATO ölkələri ABŞ-ın yeni seçilən prezidenti Donlad Trampın Şimali Atlantika alyansının qocalması ilə bağlı səsələndirdiyi bəyanatında ciddi narahatçılıq keçirir.
Gununsesi.info tass-a istinadən xəbər verir ki, belə bir bəyanatla Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer çıxış edib.
O bəyan edib ki, Trampın bəyanatı ilə bağlı təcili olaraq Avropa İttifaqına üzv ölkələrin Xarici işlər nazirlərinin toplantısı çağrılıb. “Mən hazırda NATO-nun Baş katibi Yons Stoltenberqlə görüşə gəlmişəm. NATO Trampın bu bəyantını çox ciddi narahatçılıqla qarşılayıb”- deyə, V.Ştaynmayer vurğulayıb.
Cenevrədə Suriya məsələsi ilə bağlı danışıqlar məsələsinə toxunan Almaniya XİN başçısı deyib ki, Suriya ilə bağlı danışıqlar prosesinin gələcəkdə BMT-nin nəzarətinə keçməsinə nail olmalıyıq: “Hazırki məqamda isə biz Suriya ilə bağlı Cenevrədə danışıqlar prosesinin bərpa olunacağı barədə bir söz deyə bilmərik”.
Gununsesi.info