NATO Türkiyə-Almaniya məsələsinə qarışdı

  • By admin
  • 25 İyul 2017 12:18

almanya-dan-kustah-cikis-turkiye-ile-ilgili-9865009_7440_o

Almaniya və Türkiyə arasında günü-gündən artan gərginlik barədə məlumat vermişdik. Bu gərginlik isə bir ölkənin nümayəndələrinin digərinə səfər etməsi üçün real maneədir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, NATO-nun Baş katibi Cens Stoltenberqin Almaniyanın millət vəkillərinin Türkiyənin Konya şəhərində yerləşdirilmiş alman əsgərlərinə baş çəkmələrini asanlaşdırmaq məqsədilə təklif irəli sürdüyü məlum olub.

Bu barədə məlumatı NATO-nun mətbuat katibi Piers Cazalet verib. O, Stoltenberqin hər iki ölkənin təmsilçiləri ilə əlaqə saxladığını və hər kəs üçün münasib bir qərara gələcəklərinə ümid bəslədiklərini açıqlayıb.

Gununsesi.info