NATO Türkiyə və Ermənistana çağırış etdi

NATO regionda sabitliyin yaranmasına yardım edəcək Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

Gununsesi.info xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina Twitter səhifəsində yazıb.

HTML tutorial

“Biz rəsmi Ankara və İrəvanı bu istiqamətdə səyləri artırmağa çağırırıq”, – H.Kolomina bildirib.

Qeyd edək ki, yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib.

Gununsesi.info