Ukrayna əlavə səfərbərlik həyata keçirməlidir.
Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Kiyev Təhlükəsizlik Forumunda NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer deyib.
Onun sözlərinə görə, müharibəni daha da irəli daşımaq üçün Ukraynaya təkcə silah deyil, həm də insanlar lazımdır.
“Sizə təkcə qumbara lazım deyil, ölənləri və yaralıları əvəz edəcək insanlar lazımdır. Bu isə səfərbərlik deməkdir. İnsanları liberal demokratiyaya inandırmağın nə qədər çətin olduğunu başa düşürəm. Amma görürəm ki, bu, dəyişir”, – Bauer deyib.
O, həmçinin cəmiyyəti Ukraynanın müharibədə qalib gəlmə qabiliyyətinə dair bədbin olmağa çağırıb və Kiyevin davamlı dəstəyini qeyd edib. “Əgər dünya 2023-cü ildə həddindən artıq optimist idisə, biz 2024-cü ildə həddən artıq pessimist olmaq kimi səhvə yol verməməliyik”, – NATO-nun Hərbi Komitəsinin sədri deyib.
Gununsesi.info