NATO qarşıdan gələn günlərdə Ukraynaya hava hücumundan müdafiə sistemləri çatdıracaq.
Reuters agentliyi NATO-nun baş katibi Yens Stoltenberqə istinadən yazır ki, alyans bu dəstəyi Ukraynanın öz infrastrukturunu Rusiyanın raket və İran istehsalı dronlarından qoruya bilməsi üçün verəcək.
Ukrayna bildirib ki, Rusiyanın İran istehsalı olduğu deyilən dronlarla hücumları nəticəsində ölkənin elektrik stansiyalarının 30 faizi sıradan çıxıb.
Rusiya qoşunları Ukrayna cəbhələrində intensiv uğursuzluqlardan sonra yenidən hədəfləri uzaqdan vurmaq taktikasına keçib.
Rusiyaya cavab
Berlində keçirilən təhlükəsizlik konfransında Stoltenberq deyib ki, Rusiyanın hücumlarına cavab Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təchiz edilməsidir:
“NATO qarşıdan gələn günlərdə İran dronları da daxil spesifik dron hücumlarını dəf edə bilməsi üçün Ukraynaya antidron sistemləri çatdıracaq”.
Gununsesi.info