NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının sədri Ursula von der Leyen və Avropa Şurasının sədri Şarl Mişel yanvarın 10-da Brüsseldə əməkdaşlıq haqqında üçüncü birgə bəyannamə imzalayacaqlar.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda NATO bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, sənədin imzalanması NATO-nun mənzil-qərargahında yerli vaxtla saat 11:00-da baş tutacaq. Daha sonra, saat 11:30-da alyans və Aİ qurumlarının rəhbərlərinin birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, tədbir 2022-ci ildə baş verməli idi, lakin naməlum səbəblərdən prosedur təxirə salınıb.
Gununsesi.info