
Bosniya və Hersoqovina NATO-ya üzvlüklə bağlı qərar vermək hüququna malikdir, lakin Moskva da buna reaksiya vermək hüququnu özündə saxlayır.
Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın Bosniya və Hersoqovinadakı səfiri İqor Kalabuxov deyib.
“Əgər Bosniya və Herseqovina nəyinsə üzvü olmaq qərarına gəlsə, bu onun daxili işidir. Amma bizim reaksiyamız başqa məsələdir. Biz Ukrayna nümunəsindən istifadə edərək, nə istədiyimizi göstərdik. Təhdid olarsa, reaksiya verəcəyik”, – səfir bildirib.
Gununsesi.info