“NATO-ya üzv olsaq, Donbası itirəcəyik” - Savçenko

  • By admin
  • 05 İyun 2019 14:21

Əgər Ukrayna NATO və AB-yə daxil olsa, Donbası həmişəlik itirəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Radasının deputatı Nadejda Savçenko deyib. Onun sözlərinə görə, Ukraynanın AB və NATO-ya üzvlüyü kursunun konstitusiyada möhkəmləndirilməsi, ağılsızlıqdır:

“Xarici siyasət kursunu əhalidən soruşmaq lazımdır. Zelenski NATO və AB-yə üzvlüyü məsələsi ilə bağlı referendum keçirmək vədi versə də Brüsseldə tamam başqa şeylər söylədi. Əgər AB və NATO-ya üzv olsaq, Donbas bizə qayıtmayacaq”.