Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı ilə vida mərasiminin martın 1-nə qədər keçirilməsi planlaşdırılır.
Gununsesi.info xəbər verir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış “X” hesabında məlumat verib.
“Biz bu iş həftəsinin sonunadək Alekseylə vida mərasimi üçün zal axtarırıq. Uyğun binanız varsa, bizimlə əlaqə saxlayın”, – Yarmış bildirib.
Qeyd edək ki, 16 fevralda cəzaçəkmə müəssisəsində qəflətən ölən Aleksey Navalnının cənazəsi fevralın 24-də anası Lyudmila Navalnayaya təhvil verilib.
Gununsesi.info