Navalnı xəstəxanadan evə buraxıldı

Zəhərlənən rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyanın “Şarite” klinikasından evə buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib.

O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

Gununsesi.info