Aleksey Navalnının cəsədi itib.
Gununsesi.info xəbər verir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış məlumat verib.
“Vəkil və Alekseyin anası Salexard morquna gəldi. Koloniyanın işlədiyinə və Navalnının cəsədinin orada olduğuna dair verdiyi zəmanətlərə baxmayaraq, morq bağlıdır. Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng edib. Ona dedilər ki, bu gün zəng edən yeddinci şəxsdir. Onların meyitxanasında Alekseyin cəsədi yoxdur”, – Kira Yarmış bildirib.
“Astra” portalı yazıb ki, Navalnının meyiti Salexarddakı məhkəmə-tibbi ekspertiza bürosunda yoxdur. Jurnalistlər bununla bağlı məlumat öyrənmək istəsələr də, onlara “koloniyalardan heç bir cənazə qəbul etmədiklərini” bildiriblər.
Gununsesi.info