Aleksey Navalnı dəfn edildi -Yenilənib

  • By admin
  • 01 Mart 2024 15:14

Həbsdə ölən rus müxalifət lideri Aleksey Navalnı bu gün dəfn edilib.

Gununsesi.info xarici mediaya istinadən bildirir ki, o, Moskvanın Marino rayonunda dəfn edilib. Mərasimə qatılanlar “Aleksey, Aleksey”, “Navalnı!, Navalnı”, “Sən qorxmadın, biz də qorxmuruq” kimi müxtəlif şüarlar səsləndiriblər.

Qeyd edək ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında vəfat edib.

 

 

 

***

Həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnı bu gün paytaxt Moskvada keçiriləcək dəfn mərasimindən sonra son mənzilə yola salınacaq. Lakin bəzi kilsələr Navalnı üçün mərasim keçirməkdən imtina etsə də, onun yaxın dostları cənazə maşını belə icarəyə götürə bilməyəcəklərini bildiriblər.

Gununsesi.info xəbər verir ki, cəzaçəkmə müəssində ölən müxalifət lideri Aleksey Navalnı sıx təhlükəsizlik tədbirləri altında keçiriləcək mərasimdən sonra bu gün paytaxt Moskvada dəfn ediləcək.

Kremlin və prezident Vladimir Putinin ən qatı tənqidçisi olan 47 yaşlı Navalnı fevralın 16-da 30 illik həbs cəzasını çəkərkən qəflətən həbsxanada vəfat edib.

Navalnı üçün bu gün yerli vaxtla saat 14:00-da onun əvvəllər yaşadığı Moskvanın Maryino rayonundakı Məryəm Ana kilsəsində dini mərasim keçiriləcək.

Kilsənin qarşısında mühafizəçilərin olması nəzərə çarpsa da, ətrafdakı binaların damlarında polislərin olması da diqqətdən yayınmayıb.

Navalnının Moskva çayı yaxınlığındakı Borisovskoye qəbiristanlığında dəfn edilməsi planlaşdırılır.

Onun tərəfdarları bildirdilər ki, Moskvadakı bəzi kilsələr Navalnı üçün dini mərasimlər keçirməkdən imtina ediblər.

Qeyd edək ki, Aleksey Navalnının cənazəsi ölümündən sonra uzun müddət ailəsinə verilməyib.

Onun anası 69 yaşlı Lyudmila Navalnaya günlərlə davam edən mübarizədən sonra oğlunun nəşini.

Bugünkü mərasimdə Navalnının anasının da iştirakı gözlənilir.

Lakin dini mərasim üçün kilsəyə daha kimlərin buraxılacağı bəlli deyil.

Onun həyat yoldaşı Yuliya Navalnaya və iki övladı xaricdə olduqları üçün mərasimdə iştirak edə bilməyəcəklər.

Müxalifətçi siyasətçinin yaxın dostları mərasimi internet vasitəsilə canlı yayımlayacaqlarını bildiriblər.

Yaxın dostları liderləri Aleksey Navalnı üçün təşkil etmək istədikləri izdihamlı dəfn mərasiminin hakimiyyət tərəfindən qarşısının alındığını açıqlayıblar. Hətta bildiriblər ki, onlara cənazə maşını icarəyə götürməyə mane olublar.

Kreml isə bunun Navalnının dəfn mərasimi ilə heç bir əlaqəsi olmadığını iddia edib.

Onun həmkarları Navalnının ölümündə prezident Vladimir Putinin məsuliyyət daşıdığını bildiriblər.

Kreml Navalnının ölümü ilə heç bir əlaqəsinin olmadığını iddia edib.

Navalnının ölüm şəhadətnaməsinə də “Təbii səbəblərdən ölüm” yazılıb.

Lakin yaxınları qeyd ediblər ki, dəfn mərasimində meyitin yarılması üçün icazə verilməyib.

Navalnının ölümü bütün dünyada, xüsusən də Qərb ölkələri tərəfindən sərt ifadələrlə qınanılıb.

ABŞ başda olmaqla Qərb ölkələri Navalnının ölümünə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Gununsesi.info