Navalnının dəfn mərasimi Moskvada ciddi polis nəzarəti altında keçiriləcək

  • By admin
  • 01 Mart 2024 12:15

Rusiyanın müxalifət lideri Aleksey Navalnının dəfn mərasimi Moskvada ciddi polis nəzarəti altında keçiriləcək.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, müxalifətçinin yoldaşlarının dəfn zalını icarəyə götürməsinə icazə verilməyib və cənazə maşını verməkdən imtina ediblər.

Aleksey Navalnının dəfn mərasiminin Moskvada necə keçiriləcəyi hələ də bəlli deyil.  Vida mərasiminin keçiriləcəyi kilsə, eləcə də qəbiristanlıq polis tərəfindən qorunur, bütün məhəllələr daşınan metal hasarla mühasirəyə alınıb. Kilsənin qapılarında foto və video çəkilişi qadağan edən bildirişlər asılıb.

Məlumata görə, Navalnının dəfn mərasimi yerli vaxtla saat 14:00-da olacaq. Bu barədə Navalnının mətbuat katibi Kira Yarmış məlumat verib. “İnsanlar dəfn mərasimində iştirak etmək istədiklərini deyirlər, lakin mərasimə gəlməkdən qorxurlar”, – deyə o bildirib.

Navalnının qərargahının keçmiş rəhbəri Leonid Volkov bildirib ki, nəşi morqdan kilsəyə aparmaq üçün cənazə maşını tapmaq mümkün deyil. O bildirib ki, dəfn evləri sadəcə olaraq xidmət göstərməkdən imtina edir, naməlum şəxslər onlara zəng edərək hədələyirlər. “Eyni səbəbdən Alekseylə vidalaşmaq üçün zal icarəyə götürmək mümkün deyil”, – deyə o bildirib.

 

Gununsesi.info