Navalnının həbsdən son görüntüləri -Video

Xəbər verdiyimiz kimi, rusiyalı siyasətçi Aleksey Navalnı bu gün xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib.

Gununsesi.info – nun məlumatına görə, Rusiyanın teleqram kanallarında Navalnının həbsxanadan son görüntüləri yayılıb.

Videodan görüntülərin dünənə, yəni fevralın 15-nə aid olduğu məlum olub.

“RİA Novosti”nin məlumatına görə isə, Navalnı videobağlantı vasitəsilə Vladimir vilayətinin Kovrovski Məhkəməsinin iclaslarında iştirak edib.

Belə ki, dünən Navalnının əvvəllər cəza çəkdiyi 6 saylı koloniyaya qarşı iddiaları üzrə üç iclas keçirilib.