Navalnının həyat yoldaşından Putinə SƏRT SÖZLƏR

  • By admin
  • 19 Fevral 2024 18:23

Rusiyada saxlandığı həbsxanada dünyasını dəyişən Navalnının həyat yoldaşı Yuliya Navalnaya Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin toplantısına qatılıb.

Gununsesi.info xəbər verir ki, Navalnaya Qərb liderləri və diplomatlarına müraciət edib. “Putin və onun müttəfiqləri ölkəmizə, ailəmə və ərimə etdiklərinə görə məsuliyyət daşıyacaqlar”, – Navalnaya bildirib.

Bu gün Avropa İttifaqının 27 xarici işlər nazirinin iştirak etdiyi iclasa sədrlik edən xarici siyasət rəhbəri Cozep Borrel Navalnayanın səfərini açıqlayarkən deyib ki, iclas “Rusiyada azadlıq döyüşçülərinə verilən dəstəyi vurğulayacaq və Aleksey Navalnının xatirəsini ehtiramla yad edəcək”.

 

Gununsesi.info