
Vladimirdəki 1 saylı istintaq təcridxanasında Aleksey Navalnının keçmiş vəkili Aleksey Liptserin səhhəti kəskin pisləşib.
Gununsesi.info bildirir ki, bu barədə həyat yoldaşı Lyudmila məlumat verib. O, Tatyana Moskalkovaya müraciət edərək, Liptserin mülki xəstəxanaya yerləşdirilməsini xahiş edib.
Lyudmilanın sözlərinə görə, Liptserin qan təzyiqi kritik həddədir (200/100), ətraflarında siyanoz, böyrəklərdə və qırtlaqda ağrılar, görmə zəifliyi və baş ağrıları var. SİZ-1 həkimləri onun ürək-damar, böyrək və qalxanvari vəzi xəstəliklərindən şübhələnirlər və təcili xəstəxanaya köçürülməsini tövsiyə edirlər.
Lyudmila, xəstəxanada geniş müayinə və müalicə imkanlarının məhdud olduğunu bildirib.
Xatırladaq ki, 2025-ci ilin yanvarında Petuşinski məhkəməsi Liptseri “ekstremist icma”ya qoşulmaqda təqsirli bilərək 5 il həbs cəzası verib.
Navalnının digər keçmiş vəkilləri Vadim Kobzev və İqor Serqunin də müvafiq olaraq 5 il yarım və 3 il yarım həbsə məhkum edilib.
Şəbnəm