Navalnının ölümü ilə bağlı ilk reaksiyalar

  • By admin
  • 16 Fevral 2024 16:45

Xəbər verdiyimiz kimi, Rusiyalı müxalifətçi, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.

Gununsesi.info xəbər verir ki, Navalnının ölümü ilə bağlı dünya liderlərindən ilk reaksiyalar gəlib.

Britaniyanın baş naziri Rişi Sunak Navalninin ölümünün “dəhşətli xəbər” olduğunu bildirib və “Navalni Rusiyada demokratiyanın alovlu müdafiəçisi olaraq həyatı boyu böyük şücaət göstərdi” deyib.

Fransanın xarici işlər naziri Stefan Sejurne deyib ki, Navalninin “Rusiyadakı təzyiqlərə müqaviməti onun həyatı bahasına başa gəlib”.

Sejurne bildirib ki, Navalninin ucqar həbsxanada ölməsi “hamıya Putin rejiminin reallığını xatırladır”.

Gununsesi.info