Navalnının xanımı AŞ PA-da çıxış edəcək

  • By admin
  • 14 Aprel 2024 09:15

Rusiya həbsxanasında qətlə yetirilən müxalif lider Aleksey Navalnının ölümü AŞ PA-nın yaz sessiyasının əsas müzakirə mövzusu olacaq.

Bu barədə Gununsesi.info-nun qurumdan əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, sessiyada “Aleksey Navalnının ölümü və Vladimir Putinin totalitar rejiminə və onun demokratiyaya qarşı müharibəsinə qarşı mübarizənin zəruriliyi” mövzusunda müzakirə açılacaq.

Sessiyada Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın da çıxışı nəzərdə tutulub.

Sessiyada, həmçinin, Rusiyada və Belarusda tənqidçilərin həbsi barədə də danışılacaq.

Şəbnəm 

Gununsesi.info