Navalnıy hakimlərə: Nə sizdən, nə də bunkerdəki babanızdan qorxuram

  • By admin
  • 27 May 2022 01:00

Putinin sifarişi ilə azadlıqdan məhrum edilən rəqibi  Aleksey Navalnının işi üzrə Apellyasiya Məhkəməsi başlayıb.

Gununsesi.info-nun.xəbərinə görə, müxalifət lideri məhkəmədə cəsarətli çıxışı ilə diqqəti çəkib.

O, üzünü hakimlərə tutaraq, deyib:

Sizin məhkəmənizə, sisteminizə, hakimiyyətinizə nifrət edirəm.Navalnıy Apellyasiya Məhkəməsində: “Sizin məhkəmənizə, sisteminizə, hakimiyyətinizə nifrət edirəm. Nə sizdən, nə də bunkerdəki babadan qorxuram. Mən hamınızı qorxmamağa çağırıram, çünki əks halda bu özünə qarşı cinayət olacaq”.

Gununsesi.info