Naxçıvan Ali Məclisinin sədri ATƏT müşahidə missiyasının üzvləri ilə görüşüb

Naxçıvan Ali Məclisinin sədri ATƏT müşahidə missiyasının üzvləri ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gəlmiş missiyasının muxtar respublikada fəaliyyət göstərəcək müşahidəçiləri Filipo Ristoldo və Risto Hurme ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisindən verilən məlumata görə, səmimi qəbula görə minnətdarlıq edən Filipo Ristoldo və Risto Hurme Novruz bayramı ərəfəsində muxtar respublikada olmaqdan məmnunluqlarını bildiriblər.

Müşahidəçilər seçki kampaniyasını və səsvermə prosesini yaxından izləyəcəklərini bildirib, fəaliyyət istiqamətləri barədə məlumat veriblər.

Gununsesi.info

COMMENTS