Naxçıvan Futbol Federasiyasının baş katibinə hazırkı vəziyyətin təhlil edilməsi tapşırılıb -Fotolar

  • By ilhame
  • 25 İyul 2024 20:23

Bu gün Naxçıvan Futbol Federasiyasının iclası keçirilib.

Gununsesi.info-nun məlumatına görə, federasiyanın vitse-prezidenti Elşən Abbasov görüləcək işlər və prioritetlər barədə danışıb.

İclasda iştirak edən məşqçilərlə fikir mübadiləsi aparılıb, mövcud vəziyyət öyrənilib, təkliflər dinlənilib və müzakirə olunub, suallar cavablandırılıb.

Baş katib Raqif Abbasova vəziyyətin təhlil edilməsi, yaxın gələcək üçün görülməsi vacib işlərin müəyyənləşdirilməsi tapşırılıb.

Gununsesi.info