
Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında keçirilən son əməliyyatların detalları bəlli olub.
Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, bu əməliyyatlara əsas səbəb İran və Türkiyədən ölkəmizə idxal olunan dəyəri yüz milyonlarla hesablanan məhsulların rüsuma cəlb olunmadan keçirilməsi olub.
Təkcə ötən il 3 ton qızıl rüsumsuz Naxçıvana, oradan da Bakıya gətirilib.
Mənbəmizin iddiasına görə, həmin qızılların 1 kq üçün sahibkarlardan 3000 manat rüşvət alınıb.
“Bu kimi hallar uzun illərdir ki, Naxçıvan gömrüyündə davam edirdi” deyən mənbəmiz əlavə edib ki, qanunsuzluqların üstü açıldıqca, həbs edilənlərin sayı da artacaq.
Afət Abbasova
Gununsesi.info