Naxçıvan gözəl şəhərdir –İran XİN rəhbəri

Naxçıvan gözəl şəhərdir –

 

İran Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əlaqələrini daha da genişləndirmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 6-da Naxçıvanda keçirdiyi görüşlərdən sonra İRNA agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dəvəti ilə muxtar respublikaya səfər edib və çox səmərəli görüşlər keçirib. Tərəflər arasında turizm, kənd təsərrüfatı, səhiyyə, nəqliyyat və qida sənayesi, təhsil və bank sahələrində əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

Məhəmməd Cavad Zərif qeyd edib ki, cari il Təbriz şəhəri İslam Dünyasının Turizm paytaxtı, Naxçıvan şəhəri isə İslam Mədəniyyətinin Paytaxtı seçilib. Bu da şəhərlər arasında qarşılıqlı əməkdaşlıq üçün zəmin yaradır.

Nazir Naxçıvanın inkişaf etmiş gözəl şəhər olduğunu da diqqətə çatdırıb.

 

Gununsesi.info

COMMENTS