Naxçıvan-Məşhəd qatarı istifadəyə verilir - NOYABRIN 29-DA

  • By Mayil
  • 23 Noyabr 2016 16:04
qatar 
Naxçıvan (Azərbaycan)-Məşhəd (İran) marşrutu ilə sərnişin elektrik qatarı artıq yaxın günlərdə istismara veriləcək.
Gununsesi.info  xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. 
“Naxçıvan-Məşhəd qatarı 27-30 noyabr aralığında işə düşəcək”, – deyə C.Qurbanov əlavə edib. 
Qeyd edək ki, bir neçə gün öncə İranın Azərbaycandakı səfirliyindən Gununsesi.info-ya bildirilib ki, noyabrın 27-28-də Bakıda Azərbaycan-İran Hökumətlərarası Birgə komissiyanın iclası keçiriləcək və İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan hökumətlərarası komissiyanın İran tərəfdən sədri Mahmud Vaezi Azərbaycana gələcək.
İclasdan sonra iranlı nazir Bakıdan Naxçıvana səfər edəcək. İrnalı nazir  Ordubad rayonu ərazisində  Arazqırağı Ordubad-Mərəzə elektrik stansiyasının tikintisinə baxış keçiriləcək.O eyni zamanda Naxşıvan-Məşhəd qataryolunun açılışında iştirak edəcək.
Xatırladaq ki, Naxçıvan-Məşhəd sərnişin elektrik qatarının hərəkət marşrutu da artıq müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan Naxçıvan-Məşhəd marşrutu üzrə hərəkət edəcək sərnişin qatarının heyəti üçün İran tərəfinə artıq 3 vaqon təqdim edib. 36 nəfərlik “kupe” tipli vaqonlar əsaslı bərpa-təmir görmüş nəqliyyat vasitələridir.
Belə ki, üç vaqon ayrı lokomotivlə İranın Təbriz şəhərinə qədər hərəkət edəcək. Təbrizdə isə vaqonlar Təbriz-Məşhəd qatarına qoşulacaq. Eyni zamanda, geri qayıdarkən vaqonlar Məşhəd şəhərindən Təbrizə qədər, daha sonra ayrı lokomotivlə Culfaya (İran) qədər hərəkət edəcək. Culfadan isə Azərbaycana məxsus lokomotiv vasitəsilə Naxçıvana çatdırılacaq.
Mürtəza
Gununsesi.info